16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlakçı hüquqları ilə bağlı seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “İstehlakçıların hüquqlarının qorunması sahəsində inzibati orqanların səlahiyyət bölgüsü” mövzusunda seminar keçirilib.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Qida Təhlükəsizliyi Agentliyinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri iştirak edib.

Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik aktları barədə məlumat verilib. Qeyd olunub ki, istehlakçılar Dövlət Xidməti ilə yanaşı, bank və sığorta sahəsində üzləşdikləri problemlərlə bağlı Mərkəzi Banka, qida məhsullarının keyfiyyəti barədə Qida Təhlükəsizliyi Agentliyinə, rabitə və informasiya texnologiyaları sahəsində göstərilən xidmətlərinin keyfiyyəti ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edə bilərlər.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?