11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Noyabrda hibrid avtomobillərin idxal dəyəri 3,4 faiz artıb

Bu ilin noyabr ayında Azərbaycana 14 855,0 min ABŞ dolları dəyərində 713 ədəd daxili yanma mühərrikiylə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 485,33 min dollar və ya 3,4 faiz çox, say baxımından isə 58 ədəd və ya 7,5 faiz azdır.

Ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində ölkəyə 134 603,94 min dollar dəyərində 10 483 ədəd hibrid avtomobillər idxal olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən dəyər olaraq 93 faiz çox, say baxımından 8,5 faiz azdır.

Bununla yanaşı, cari ilin ilk 11 ayında dəyəri 14 325,52 min dollar təşkil edən 409 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 4,6 və 2,7 dəfəyədək çoxdur.

Təkcə bu ilin noyabrında ölkəyə 1 579,2 min dollarlıq 41 elektromobil idxal olunub ki, bu da oktyabr ayının göstəricisindən dəyər olaraq 39,3 faiz, say baxımından isə 26 ədəd azdır.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?