26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kassa aparatlarının idxalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 9 502,44 min ABŞ dolları dəyərində 47 650 ədəd kassa aparatı idxal edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,6 faiz, say baxımından isə 48,7 faiz çoxdur.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Çindən olunub. Bu ölkə cari ilin ilk doqquz ayında Azərbaycana 7 848,37 min dollar dəyərində 46 653 ədəd kassa aparatı ixrac edib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 68,2 və 54,3 faiz üstələyir.

Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 1194,3 min dollarlıq 510 ədəd kassa aparatı tədarük edilib ki, bu da ötən ilin eyni göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 38 faiz, həcm baxımından isə 53,1 faiz azdır.

Üçüncü yerdə olan Macarıstandan isə bu ilin ilk 9 ayı ərzində 240,35 min. dollar dəyərində 283 ədəd kassa aparatı göndərilib ki, bu da illik ifadədə dəyər və say baxımından müvafiq olaraq 3,8 və 3,7 dəfə çoxdur.

Hesabat dövründə ümumilikdə Azərbaycana 11 ölkədən kassa aparatları idxal olunub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan cəmi 38,21 min dollar dəyərində 71 ədəd kassa aparatı ixrac edilib. İxracın həcmi illik ifadədə dəyər olaraq 2,2 dəfə artıb, say baxımından isə 52 ədəd azalıb. Cihazlar əsasən Çinə,​ Çinin xüsusi inzibati rayonu Honkonqa və Gürcüstana göndərilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?