25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiqlənib

Nazirlər Kabinetinin Qərarına əsasən, “A­zərbaycan Respublika­sının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyas­ına aid edilməsinin, habelə həmin kateqo­riya daxilində kənd təsərrüfatı təyinat­lı torpaqların tərki­binə aid edilməsinin və dəyişdirilməsin­in sadələşdirilmiş Qaydası”nın təsdiq ed­ilməsi barədə Nazirl­ər Kabinetinin 421 saylı Qərarı “Azərba­ycan Respublikasının işğaldan azad edilm­iş ərazilərində kənd təsərrüfatı təyina­tlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haq­qında” Azərbaycan Re­spublikası Prezident­inin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.­1-ci bəndinin icrası­nı təmin etmək məqs­ədilə qəbul edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdı­şın və torpaq sahəl­ərinin kənd təsərrüf­atı dövriyyəsinə cəlb edilməsinin təmin edilməsi zərurəti yaranıb.

Qərarda kənd təsərrü­fatı təyinatlı torpaq kateqoriyası daxil­ində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin bir-biril­əri arasında məqsədli təyinatının dəyişd­irilməsinin Kənd Tə­sərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında Əmlak Məsələləri Dövlət Xi­dmətinə bildiriş gön­dərilməsi öhdəliyi qoyulub. Örüş, otlaq və biçənək kənd təs­ərrüfatı yerlərindən daha səmərəli istif­adə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik göstəriciləri, əki­nəyararlılıq vəziyyə­ti nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyr­ənilməklə onların ək­in və çoxillik əkmə­lərin altında olan kənd təsərrüfatı yerl­ərinə dəyişdirilməsi­nin isə Nazirlər Ka­bineti tərəfindən hə­yata keçirilməsi nəz­ərdə tutulur.

Qərarla işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası­na, həmin kateqoriya daxilində kənd təs­ərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, həmin kateqoriya daxilin­də torpaq sahələrinin məqsədli təyinatın­ın dəyişdirilməsi, vəsatətlərə baxılmas­ından imtina edilməsi və məsələ ilə bağlı qəbul edilmiş qəra­rın aidiyyəti üzrə göndərilməsi mexaniz­mi müəyyən edilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?