25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” kitabı ingilis dilində nəşr edilib

Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin dosenti Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupunun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmovun “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyi ingilis dilində nəşr edilib. “Vergiler.az” xəbər verir ki, rəqəmsal ödəniş ekosistemi haqqında nəzəri və praktik bilikləri əks etdirən dərsliyin ingilis dilində nəşr olunması təhsil müəssisələrinin tələbələri ilə yanaşı, yerli və beynəlxalq maliyyə institutlarının təmsilçilərinin də ölkəmizdə formalaşmış rəqəmsal ödəniş ekosistemi və onun xüsusiyyətləri, həyata keçirilən islahatlar və islahatların inkişaf tarixi, tətbiq edilən innovativ ödəniş həlləri və texnologiyaları haqqında zəruri bilik və etibarlı məlumat əldə etməsinə imkan verəcək.

Dərslik ABA, AMFA, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı və fintex ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi ilə nəşr edilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?