20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilir

Noyabrın 17-də Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilir.

Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciəti oxunub.

Müraciətdə Türkiyə Prezidentinin Azərbaycan Prezident İlham Əliyevə tədbirə dəstəyi üçün minmətdarlığı ifadə olunub, eləcə də 44 günlük Vətən müharibəsində ölkəmizin gənc oğullarının böyük qəhrəmanlıqlar göstərdiyi xatırladılıb.

Açılış nitqi ilə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının İqtisadi məsələlər üzrə baş katibi Ahmad Kavesa Sengendo hər il keçirilən forumun əhəmiyyətindən danışıb.

Bildirib ki, bu forum siyasətçilər və sahibkarlar arasında körpü rolunu oynayacaq. Biz gənc sahibkarları dəstəkləməliyik, onları müvafiq layihələndirmə işləri ilə məşğul olmağa, eləcə də Qarabağ iqtisadi zonasına investisiya yatırmağa təşviq etməliyik.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bugünkü forumun kifayət qədər aktual olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizdə sahibkarlara yaradılan münbit şəraitdən danışıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, dünyada qlobal çağırışların hökm sürdüyü bir şəraitdə islam ölkələri arasında həmrəylik və tərəfdaşlığın genişləndirilməsinə daha çox ehtiyac var. Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu da islam dünyası ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi, xüsusilə də Azərbaycanın investisiya imkanlarının tanıdılması baxımından əhəmiyyətli platformadır.

Qeyd edək ki, Forumda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, nazirlər, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edir. Tədbir çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram və digər tədbirlər təşkil olunacaq.

Forum noyabrın 18-dək davam edəcək.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?