11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Çində xidmətlər ticarəti sərgisinə qatılacaq

Azərbaycanın investisiya və xidmətlər ticarəti potensialı Pekində keçiriləcək Çin beynəlxalq xidmət ticarəti sərgisində (China International Fair for Trade in Services - CIFTIS) nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycanın Çində keçirilən ən önəmli beynəlxalq sərgilərdən olan CIFTIS-də ardıcıl 4-cü iştirakı olacaq. Ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin məlumatına əsasən, sərgidə vahid ölkə stendi ilə iştirak edən Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdiriləcək. Bundan başqa, stenddə Ələt Azad İqtisadi Zonası və sənaye parkları haqqında, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) xarici investorlara göstərə biləcəyi xidmətlərə dair məlumat veriləcək. Vahid ölkə stendində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Daha yaşıl gələcək üçün innovasiya et” mövzusunda guşəsi yaradılıb.

Qeyd edək ki, 2012-ci ildən keçirilən CIFTIS sərgisinin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daim dəstəkləyən qurumlardır. Oflayn-onlayn rejimində keçirilən sərginin ekspozisiya sahəsi 152 min kvadratmetrdir. Dünyanın ən güclü 500 şirkətindən 446-sı sözügedən sərgidə iştirak edir.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?