10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yarım ildə Mərkəzi Bank 42 not hərracı təşkil edib

Mərkəzi Bank I yarımillik ərzində iqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli bazar əməliyyatlarını aparmaqda davam edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Hesabat dövründə 28 günlük notlarla yanaşı, 84 günlük, 168 günlük və 252 günlük not hərracları keçirilib. Ümumilikdə, Mərkəzi Bank cari ilin yanvar-iyun aylarında 42 not hərracı təşkil edib. Bu hərracların 8-də 84 günlük, 10-da 168 günlük, 10-da 252 günlük, digər 14-də isə 28 günlük notlar yerləşdirilib.

Ümumilikdə, iyun ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 750 milyon manat təşkil edib. Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunub. Alətlər üzrə gəlirlik dövr ərzində fərqlidir. Son hərraclarda formalaşan gəlirlik 84 günlük notlar üzrə 2,92 faiz, 168 günlük notlar üzrə 3,5 faiz, 252 günlük notlar üzrə 3,78 faiz olub. 28 günlük notlar üzrə isə gəlirlik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb.

Mərkəzi Bankın notları üzrə gəlirlik digər maliyyə alətləri üzrə faiz dərəcələrinə təsir göstərir və gəlirlik əyrisinin formalaşması baxımından mühüm rol oynayır.

Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində istifadə olunmaqla banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir. Belə ki, yanvar-iyun aylarında banklararası REPO bazarında 1,6 milyard manatlıq 550 əqdin 1,1 milyard manatlıq 229 əqdi Mərkəzi Bankın notları əsasında bağlanıb.

Cari ilin birinci yarısında məcburi ehtiyat normalarının ortalama rejimində tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub. Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?