10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi artıb

Cari ilin birinci yarısında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Dövr ərzində tədiyyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Hesabat dövründə valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artım istiqamətində dəyişib.

Dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 20 faiz artaraq 14,6 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 84,9 faizi ABŞ dollarında, 15,1 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,4 faizi banklararası valyuta bazarında (BVB), 71,6 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 4,2 milyard ABŞ dolları ekvivalentində olmaqla ötən ilin eyni dövrünə nəzərən 16,7 faiz artıb. Bu seqmentdə əməliyyatların 98,7 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 10,5 milyard dollar ekvivalentində olub ki, bu da ötən ilin eyni dövrünə nəzərən 22,1 faiz çoxdur. Əməliyyatların 79,4 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,1 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 38,2 faiz artaraq 2,6 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 87,6 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Birinci rübdə baş verən yüksək satışlar hesabına nağd xarici valyutanın xalis satışı 6 ayda ötən ilin müvafiq dövrünə nəzərən 40,8 faiz artıb. Bununla belə aprel, may və iyun aylarında vəziyyət dəyişib və banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?