11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AİŞ və “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb

Müqaviləyə əsasən 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, AİŞ tərəfindən “Balxurma” MMC-yə meyvə qurutma xətti üzrə istehsal həcminin artırılması üçün 4 mln. manat investisiya yatırılması planlaşdırılır. Bu investisiya qoyuluşundan sonra müəssisənin istehsal gücünün illik 200 tondan 600 tona yüksəlməsi gözlənilir. Ümumi dəyəri 16 mln. manat olan layihədə AİŞ-in payı 25% təşkil edəcək ki, bunun əsasında orta hesabla, 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Balakən rayonunda yerləşən, “Balkhoorma” brendi ilə tanınan Quru meyvələrin istehsalı zavodu 2016-cı ildən fəaliyyət göstərir. “Balxurma” MMC-yə məxsus zavod İtaliya, Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlarla təchiz olunub. Müəssisənin nəzdində müasir standartlara cavab verən yuyulma, soyulma, soyutma və qablaşdırma kimi istehsal xətləri mövcuddur. İstehsal olunan məhsullar yerli bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə Almaniya, Niderland, Litva, Belarus, Rusiya, Ukrayna, Malayziya, BƏƏ və Yaponiyaya ixrac olunur.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?