15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Birinci rübdə əmlak idarəçiliyi sahəsində elektron xidmətlərin sayı 429,5 min olub

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət sahələri üzrə 44 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də Dövlət Xidmətinin elektron xidmətlər portalı (www.e-emlak.gov.az) üzərindən təqdim olunur.

Xidmətdən bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 429 min 521 elektron xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 137 min 24 və ya 32 faiz çox olub.

Aparılmış təhlillər göstərir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, bu ilin ilk rübü ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 39 min 244 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 336 min 819-dur. İstifadə sayı 18 min 717 olan “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” xidməti də daha çox müraciət edilənlər sırasındadır.

Bundan başqa, əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Cari ilin yanvar-mart ayları ərzində bu xidmətdən istifadə sayı 39 min 817 olub.

Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 8103 müraciət qəbul edilib. Qeyd olunan sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə ediləni “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu”dur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət sahələrində innovasiyaların tətbiqi, elektron xidmətlər sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?