9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlak bazarında qiymətlər açıqlanıb

2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsində bildirilib ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib. 2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,6 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 110 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin qiymətlərində müşahidə edilib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?