Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri azalıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,14 dollar ucuzlaşaraq 103,57 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,34 dollar azalaraq 98,94 dollar olub.