11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məlumatların toplanması prosesinin təkmilləşdirilməsi təklif olunub

Rəqəmsal transformasiya nəticəsində vergi oranlarının bir sıra yerli və xarici qurumlar ilə inteqrasiya olunmuş sistemlər vasitəsilə məlumat mübadiləsini effektiv qaydada həyata keçirdiyini müşahidə edə bilirik.

Bu fikri “Ernst & Young” şirkətinin partnyoru Arzu Hacıyeva “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilmiş Forumda səsləndirib.

Onun sözlərinə görə, bununla yanaşı, eyni və oxşar məlumatların vergi ödəyicilərindən təkrarən müxtəlif dövlət orqanları tərəfindən tələb olunması halları hələ də mövcuddur. “Bu məlumatların təqdim olunması həm dövlət qurumları, həm də vergi ödəyiciləri üçün əlavə vaxt və xərclər deməkdir”.

Təklif edilib ki, eyni və oxşar məlumatların vergi ödəyicilərindən vahid formada bir dövlət qurumu tərəfindən tələb olunması və sonradan digər dövlət qurumları ilə mübadiləsi məlumatların toplanılması prosesini təkmilləşdirə bilər.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?