26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il idxal və ixrac olunan məhsullar açıqlanıb

Ötən il idxal və ixrac olunan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,2 faiz, kartof 13,5 faiz, meyvə və tərəvəz şirələri 7,2 faiz, tütün 9,8 faiz, meyvə və tərəvəz konservləri 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 15,9 faiz, pambıq lifi 26 faiz, polietilen 25,9 faiz, polipropilen 32,3 faiz, mineral gübrələr 4,6 dəfə, pambıq ipliyi 2 dəfə, qara metallardan çubuqlar 1,6 dəfə, qara metallardan yarımfabrikatlar 3,6 dəfə, sement klinkerləri 1,6 dəfə, qara metallardan borular 14,4 faiz, bentonit gili 3,3 faiz artıb, təzə tərəvəz ixracı isə 20,4 faiz, şəkər 2,5 faiz, bitki yağları 15,3 faiz, çay 17,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 21 faiz, emal olunmamış alüminium 19,4 faiz azalıb.

Eyni zamanda 2020-ci illə müqayisədə 2021-ci ildə xam şəkər idxalı 1,9 dəfə, təzə meyvə 1,1 faiz, şokolad və şokolad məhsulları 11,5 faiz, unlu qənnadı məmulatları 21,4 faiz, kartof 17,7 faiz, quş əti və onun əlavə məhsulları 3,7 faiz, təzə tərəvəz 12,4 faiz, minik avtomobilləri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 3,9 faiz, yük avtomobilləri 53,1 faiz, rezin şinlər 29,7 faiz, mebellər 29,3 faiz, paltaryuyan maşınlar 14,8 faiz, avtobuslar 2,7 faiz, məişət kondisionerləri 6,1 faiz, məişət soyuducuları 52,6 faiz artıb, buğda idxalı isə 15,9 faiz, bitki yağları 6,8 faiz, kərə yağı, digər süd yağları və pastaları 10,5 faiz, çay 0,1 faiz, mal əti 41,4 faiz, siqaretlər 41,4 faiz, dərman vasitələri 1,7 faiz, polad prokatı 30 faiz, qara metallardan borular 16,6 faiz, sintetik yuyucu vasitələr 0,1 faiz, qara metallardan çubuqlar 63,3 faiz, mineral gübrələr 62,9 faiz, polietilen 22,4 faiz, qara metallardan künclüklər 23,8 faiz, polipropilen 32 faiz azalıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?