8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pirallahı Sənaye Parkının rezidenti məhsul çeşidlərinin sayını artırıb

Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin şpris istehsalı müəssəsində məhsul istehsalı prosesində işlər uğurla davam etdirilir. Belə ki, müəssisə məhsul çeşidlərinin sayını artıraraq, hazırda birdəfəlik şprislərlə yanaşı, digər tibbi məhsulların da istehsalını həyata keçirir. Belə ki, artıq “Diamed Co” MMC tərəfindən cari ilin 3-cü rübündən etibarən yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun COVİD 19 PZR testlərinin (testin həssaslığı 9 copy, kantaminasiya riski təmamilə olmayan) və COVİD 19–un mutasiyaları testlərinin aparılması üçün istifadə olunan reagentlərin istehsalına başlanılıb.

Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində tikilmiş zavodda İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. Hazırda müəssisədə insulin şprislər, 1, 2, 5, 10, 20, 50 qramlıq şprislər, infuziya dəstləri, IV kanulaları, kəpənəklər istehsal edilir. Müəssisədə iş rejimi iki növbəlidir və 60-dək insan daimi işlə təmin edilib. Şpris istehsalı müəssəsi fəaliyyətə başlayandan indiyədək 9 milyon manatlıq satış həyata keçirilib.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?