10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 6 dekabr və 9 dekabr tarixlərində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac təşkil ediləcək.

Dekabrın 6-da keçiriləcək hərraca Xızı rayonunda “Sitalçay” qum-çınqıl yatağının 87.1 hektar sahəsi, “Yeni Yaşma I” qum yatağının 5.5 hektar sahəsi, Ağsu rayonunda “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi çıxarılacaq. Göygöl rayonunda “Üçtəpə-Qızılqaya” qranit yatağının 2.14 hektar sahəsi, Salyan rayonunda “Salyan” gil yatağının 5 hektar sahəsi də bu tarixdə hərraca çıxarılan faydalı qazıntı yataqlarına aiddir.

Dekabrın 9-da təşkil ediləcək hərraca Hacıqabul rayonunda “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Qaradağ rayonunda “Çənlibel” mişar daşı yatağının 7 hektar sahəsi, “Karvansaray” mişar daşı yatağının 8 hektar sahəsi, Şəmkir rayonunda “Şəmkir qranodiorit” qranodiorit yatağının 5.1 hektar sahəsi çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 06 dekabr hərracı üçün 29 noyabr, 09 dekabr hərracı üçün 02 dekabr tarixlərində saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3C5nycI, https://bit.ly/3kqA3d3) və Özəlləşdirmə portalında (https://bit.ly/39KD5mP) tanış olmaq mümkündür.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?