25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pakistanla Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyasında (ABADA) olub. Görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi, əldə olunan razılaşmaların həyata keçirilməsi, nəqliyyat və yükdaşıma sahəsində layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

ABADA-dan verilən məlumata görə, səfir Bilal Hayee ölkəsinin Azərbaycan üzərindən Avropaya yükdaşımalar həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb. B.Hayee Pakistanın "National Logistics Cell" logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başladığını deyib. Səfir bildirib ki, ölkəsinin milli logistika şirkəti Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var.

Eyni zamanda Azərbaycan üzərindən bu xidmətlərinin icra edilməsi üçün münasib şərtlərin olduğu qeyd edilib. B.Hayee ölkəsinin ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.

ABADA-nın İdarə Heyətinin sədri Azərbaycan və Pakistan xalqları və dövlətləri arasında olan dostluq, qardaşlıq münasibətlərinin iqtisadi sahədə də davam etdiyini vurğulayıb. Sədr Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasındakı xüsusi rolundan bəhs edib. Eyni zamanda Zəngəzur dəhlizinin regional və beynəlxalq yükdaşımalara verəcəyi üstünlüklərdən danışıb.

Müzakirələr zamanı 2005-ci ildə ölkələrimiz arasında imzalanan "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Memorandum barədə də məlumat verilib. ABADA-nın İdarə Heyətinin sədri səfirin daşımaların icrası zamanı sərhəddə tətbiq olunacaq prosedur qaydaları barədə suallarını cavablandırarkən, gələcəkdə "İcazə vərəqə"lərinin mübadiləsi zamanı prosedur sayının əhəmiyyətli dərəcədə azalacağını vurğulayıb. Səfir yaxın günlərdə Pakistandan Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini bildirib.

Qeyd edək ki, Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. Bu münasibətlə Bakıda rəsmi tədbir təşkil ediləcək.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?