12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilir

Sentyabrın 16-da Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbiri qurumun sədri, professor Vahid Novruzov palatanın 25 il ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə auditin inkişafından, perspektivlərindən və qarşıda duran vəzifələrdən söz açıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın inkişafı üçün zəmin yaradır. Belə şəraitdə sosial-iqtisadi islahatların mühüm amillərindən biri olan şəffaflığın artırılması istiqamətində müstəqil audit də özünəməxsus rol oynamaqdadır. Auditin 25 illik inkişaf təcrübəsi audit sistemində bəzi məsələlərin də təxirə salınmadan həllini zəruri edir.

Auditorlar Palatasının yubileyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 2021-ci il 15 aprel tarixli “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncamı ilə təltif edilmiş Palatanın 11 nəfər əməkdaşına və üzvünə medallar təqdim edilib.

Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə konfransın işinə uğurlar arzulayıb.

Konfransda 12 ölkənin (Azərbaycan, Avstriya, Belçika, Türkiyə, Özbəkistan, Rusiya Federasiyası, Latviya, Polşa, Gürcüstan, Ukrayna, Makedoniya, Çernoqoriya) müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq peşəkar təşkilatları, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən 30-dan çox qurumdan 60-a yaxın çox nümayəndə iştirak edib.

Çıxış edən xarici qonaqlar son dövrlərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, eyni zamanda audit və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıblar.

Tədbirdə bir sıra yerli və xarici dövlət qurumlarının rəhbər şəxslərinin, deputatların məruzələrlə çıxış gözlənilir.

Sonda beynəlxalq konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunacaq.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?