26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdaş rayonunda yeni istehsal kooperativi yaradılıb

Ağdaş rayonunun Yenicə kəndində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Aran" İstehsal Kooperativi yaradılıb.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarət kooperativ 57 hektar ərazini əhatə edir. Kooperativə məxsus torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin, o cümlədən 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.

KOBİA-nın Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Aran" İstehsal Kooporativinin yaradılması üçün müvafiq sənədlərin hazırlanması və kooperativin qeydiyyatı prosesində zəruri informasiya və məsləhət xidməti, hüquqi yardım göstərilib, sahibkar kooperativlər və vergi qanunvericiliyi barədə ətraflı məlumatlandırılıb.

KOBİA və Agentliyin regional struktur bölmələri olan KOB İnkişaf Mərkəzi və KOB dostu tərəfindən “Aran” İstehsal Kooperativinə ehtiyacına uyğun olaraq lazımi dəstək davam etdiriləcəkdir.

Qeyd edək ki, kənd təsərrüfatı kooporativlərinin yaradılması mövcud resurslardan (torpaq, əmlak və s.) daha səmərəli istifadəyə imkan verir, fermerlərin xərclərini azaltmaqla gəlirlərini artırır. Kooperativlər həmçinin, təsərrüfata iri investisiyaların cəlb edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və aqrar sahədə klasterləşmənin təşviqi baxımından da əhəmiyyətlidir.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?