19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarların nəzərinə! Qanuni ödənişin tələbi - Nağdsız ödə!

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 4.5-ci bəndinə əsasən “Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi nağdsız qaydada həyata keçirilir”.

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Strateji inkişaf və kommunikasiya şöbəsindən bildirilib ki, adıçəkilən normativ hüquqi aktın qeyd olunan müddəasını nəzərə alaraq, açıq məkanda reklam yayımlayan sahibkarlardan dövlət rüsumu və yayım haqqı məbləğlərinin ödənişini nağdsız qaydada həyata keçirmələri xahiş olunur. Həmçinin reklam yayıcılarının bu sahədə maarifləndirilməsi məqsədilə sahibkarlar üçün xüsusi bukletlər hazırlanıb. Həmin çap materiallarında sahibkarlıq subyektlərinə müvafiq dövlət rüsumu və yayım haqqı üzrə nağdsız ödənişləri hansı vasitələrlə edə bilmələri açıq-aydın göstərilib. Belə ki, bu ödənişləri banklara getməklə və ya mobil bankçılıq üzərindən, ödəniş kartları vasitəsilə onlayn resurslardan (hesab.az, million.az, asanpay.az, e-pul.az və s.) istifadə etməklə, eyni zamanda, ödəmə terminalları (milliÖn, eManat, easypay və s.) vasitəsilə həyata keçirmək mümkündür.

Bu maarifləndirici bukletlərin paytaxtla yanaşı, bölgələrdə də açıq məkanda reklamı olan sahibkarlara paylanılması nəzərdə tutulub. İş adamları əlavə məlumat üçün ADRA-nın 1412 Çağrı Mərkəzi, (077) 6771412 vatsap nömrəsi və sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?