Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,06 dollar azalaraq 71,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar ucuzlaşaraq 68,29 dollar olub.