13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət satınalmaları üzrə vahid internet portalı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "Video icmal" dövlət satınalmaları üzrə yeni təqdim edilmiş vahid internet portalının fəaliyyətinə həsr olunub.

Vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil olunması, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaqdır.

Tətbiq edilən dəyişikliklərə əsasən, satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmamaqla satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklikdən sonra 5 bank günü ərzində məlumat bu dəyişiklikliyə səbəb olan hüquqi əsasla birlikdə portalda təqdim edilməlidir.

Qeyd etmək lazımdır ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5 faiz aralığında deyil, 1 faizi məbləğində müəyyənləşdirəcək. Tender komissiyası isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaqdır.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün daha əlverişli imkanların yaradılması istiqamətində daha bir yenilik ondan ibarətdir ki, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək. Onu da vurğulamaq lazımdır ki, son dəyişikliklərə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ona qədər olan malların satın alınması KOS subyektlərinin elektron satınalmada iştirakı vasitəsilə təmin olunacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?