17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Dubay Ekspo 2020" ümumdünya sərgisindəki Azərbaycan povilyonunun təqdimatı olub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində keçiriləcək "Ekspo 2020" ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın da povilyonu təmsil olunacaq. Sərgi bu il oktyabrın 1-dən 2022-ci il martın 31-dək davam edəcək.

İyunun 25-də Heydər Əliyev Mərkəzində "Dubay Ekspo 2020"dəki Azərbaycan povilyonu təqdim edilib.

Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli povilyonla uğurla təmsil olunmasını nəzərə alsaq, budəfəki pavilyonumuzun da ziyarətçilərin böyük marağına səbəb olacağı gözlənilir.

Azərbaycan sərgidə "Gələcəyin toxumları" mövzusu ilə təmsil olunacaq. Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir və "Dubay Ekspo 2020"nin" Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq" mövzusu ilə sıx əlaqəlidir.

Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi əks olunacaq, Azərbaycan qlobal biomüxtəlifliyinin bir hissəsi olduğu göstəriləcək.

Pavilyondakı təqdimatlarla gənc, müstəqil Azərbaycanın ətraf mühitin mühafizəsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı və dayanıqlı inkişaf kimi qlobal məsələlərdə böyük uğurlara imza atdığı nümayiş etdiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Dubay Ekspo 2020"də iştirakı barədə müqavilə 2017-ci ilin noyabrında imzalanıb. "Dubay Ekspo 2020"nin ötən il keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınmışdı.

Beynəlxalq sərgidə 190 ölkə təmsil olunur.
Ekspo çərçivəsində Azərbaycan milli günü, eləcə də ümumdünya sərgisinin davam etdiyi müddətdə pavilyonumuzda müxtəlif sahələri əhatə edən ayrı-ayrı tədbirlərin təşkili nəzərdə tutulur.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?