12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatının mövcud vəziyyəti müzakirə edilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 42-ci sessiyası davam edir. Sessiyanın açılış mərasiminə dünyanın müxtəlif ölkələrindən 119 nazir və nazir müavini olmaqla 1300 nəfərdən çox iştirakçı qatılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iclas “Qida və kənd təsərrüfatının mövcud vəziyyəti: kənd təsərrüfatı sisteminin qida sisteminə çevrilməsi: Strategiyadan fəaliyyətə” adı altında keçirilir. Açılış nitqində FAO-nun baş direktoru Qu Donqyu COVID-19 pandemiyasının bütün dünya üzrə ərzaq təhlükəsizliyi və qidalanma səviyyəsinə mənfi təsirlərini azaltmaq, qarşıda duran hədəflərə çatmaq üçün kompleks fəaliyyətin zəruri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVID-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. Azərbaycan hökuməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb. 2020-ci ildə Azərbaycanda aqrar sahədə 2 faiz artım qeydə alınıb.

Diqqətə çatdırılıb ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən ağıllı kənd konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.

Konfransda iqlim dəyişikliyi, ətraf mühti qorunmaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması əsas müzakirə mövzularından olub. Tədbir iştirakçıları kənd təsərrüfatında elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?