26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət evləri ixracın stimullaşdırılmasına önəmli töhfə verir

Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlərdən biri də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, yerli məhsulların ixracının dəstəklənməsi, ixrac həcminin və coğrafiyasının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin daha çox tanıdılması və ixracının təşviqi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılmasıdır. Artıq Belarus, Ukrayna, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın ticarət evləri fəaliyyət göstərir.

“Made in Azerbaijan” brendi ilə ixrac olunan müxtəlif növ qida, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, çay və sair nümayiş olunduğu ticarət evləri Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, ixracın və istehsalın stimullaşdırılmasında əhəmiyyətli rol oynayır.

2017-ci ildə Minskdə açılan "Azərbaycan Ticarət Evi" “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. Azərbaycanın daha bir ticarət evi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərir və məhsullarımızın Körfəz ölkələrində daha çox tanıdılması və ixracının artırılması üçün xüsusi önəm daşıyır. Ticarət evində çay, ət və ət məhsulları, bal, meyvə-tərəvəz, meyvə şirəsi, mürəbbə və digər konservləşdirilmiş məhsullar və s. nümayiş edilir, satışı təşkil olunur.

Bundan başqa, Şanxayda, Harbində, Çindaoda, Liənyünqanda, Kiyevdə, Varşavada, Nur-Sultanda və sair şəhərlərdə fəaliyyət göstərən ümumilikdə 15 ticarət evində Azərbaycan məhsulları təqdim olunur. Xarici ölkələrdə fəaliyyət göstərən hər bir ticarət evi ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsinə, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə, sahibkarlığın inkişafına öz töhfəsini verir.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?