12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səudiyyə Ərəbistanı Azərbaycanda kiçik və orta biznesə sərmayə qoyacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumu (SAGİA) arasında "İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı" imzalanıb. Sənəddə investisiya sahəsində əlaqələrin genişləndirilməsi və bununla bağlı görüləcək tədbirlər öz əksini tapıb.

Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərən Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə işçi qrupun növbəti iclasında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri, işçi qrupun həmsədri Orxan Məmmədov iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq barədə məlumat verərək vurğulayıb ki, 2017-ci ildə işçi qrupun Ər-Riyad şəhərində keçirilmiş iclasında "Made in Azerbaijan" brendinin təbliği məqsədilə Səudiyyə Ərəbistanı Krallığına ixrac missiyalarının təşkili, birgə müəssisələrin təsis edilməsi, iş adamlarının iştirakı ilə "dəyirmi masa"ların təşkili barədə razılıq əldə edilib. Ötən ilin oktyabrında Agentliyin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində biznes nümayəndəri ilə qarşılıqlı maraq doğuran faydalı işgüzar müzakirələr aparılıb, əməkdaşlıq haqqında memorandum imzalanıb.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?