26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr imzalanıb

Məlumat verildiyi kimi, bu ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Öz xüsusi dadı və keyfiyyəti ilə fərqlənən Azərbaycan məhsulları sərgi iştirakçıları və xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan sahibkarları xarici ixracatçılarla məhsulların satışına dair görüşlər keçirib, müzakirələr aparıblar. Sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsulların ixracına dair 1,2 mln ABŞ dolları dəyərində müqavilələr bağlanıb.

Belə ki, Azərbaycanın “Agro Norm” MMC şirkəti Belarusdan olan şirkətlə 500 min ABŞ dolları, Ukraynanın supermarketlər şəbəkəsi ilə isə 600 min ABŞ dolları dəyərində pomidor məhsulunun ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, “Ulduz” Şokolad Fabriki MMC İordaniya və Səudiyyə Ərəbistandan olan şirkətlərlə bağladığı müqaviləyə əsasən, 116 min ABŞ dolları dəyərində şirniyyat məhsullarının ixracını həyata keçirib.

Qeyd edək ki, Azərbaycan bu il “Gulfood 2021” beynəlxalq sərgisində 5-ci dəfə təmsil olunub.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?