19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keçən il informasiya və rabitə müəssisələri 2,2 milyard manatlıq xidmətlər göstərib

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən ötən il göstərilmiş xidmətlərin dəyəri əvvəlki illə müqayisədə real ifadədə 0,6 faiz artaraq 2 milyard 235,9 milyon manat təşkil edib ki, onun da 74,2 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahədə əldə edilmiş gəlirin 80,8 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 41,7 faizi və ya 933,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, rabitə xidmətlərinin dəyəri rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərdir. Bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş xidmətlər müqabilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə mobil telefon rabitəsi, internet xidmətləri, ISDN xidmətləri, ADSL və HDSL xidmətləri, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?