25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muzdla çalışanların 773,6 min nəfəri qeyri-dövlət sektorunda işləyib

Oktyabrın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 681,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 908 min nəfər, qeyri-dövlət sektorunda isə 773,6 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 647,7 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 8,1 faizi tikintidə, 7,7 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Üçüncü rübün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1719 nəfər olub. Onlardan 33,4 faizi tikintidə, 19,9 faizi mədənçıxarma sənayesində, 9 faizi emal sənayesində, 7,4 faizi təhsil, 5,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 4,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə və 20,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Bu ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 136 saat təşkil edib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?