11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni texnologiyalar azad edilən ərazilərin inkişafına böyük töhfələr verəcək

Sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənin 30 il müddətində yaratdığı müdafiə səddi yarılıb və Azərbaycan torpaqları azad edilməyə başlayıb. Azad edilən ərazilərin potensialından səmərəli istifadə Azərbaycanın iqtisadi inkişafı üçün yeni imkanlar açır. Bu ərazilərin iqtisadiyyatının yenidən qurulmasında yeni texnologiyaların tətbiqi də önəmli məsələlərdəndir.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Fuad Allahverdiyev qeyd edib ki, bu gün dünyada dördüncü sənaye inqilabına qədəm qoyulduğu bir şəraitdə işğaldan azad edilmiş ərazilərin inkişafına rəqəmsal transformasiyanın imkanlarından istifadə etməklə nail olunacaq.

Biz hazırkı müharibə şəraitində hərbi sahədə innovasiyaları tətbiq edirik, müharibə aparmaq qaydalarına yenilik gətiririk. İşğaldan azad olunmuş ərazilərin bərpası həmin ərazilərin və orada yaşayacaq əhalinin yüksək sürətli və dayanıqlı internetlə təmin olunması, innovasiyaların tətbiqi, ərazilərdə ümumilikdə telekommunikasiya potensialının yenidən qurulması, kənd təssərüfatının inkişafı və bunun üçün ağıllı texnologiyaların tətbiqi (məsələn, ağıllı suvarma sistemləri, IoT – əşyaların internetinin tətbiqi), dünya standartlarına uyğun ağıllı müəssisələrin, şəhərlərin (Smart city) qurulması və s. kimi sahələri əhatə edəcək. Bütün bunlar həmin ərazilərdə turuzmin də inkişafına səbəb olacaq. Yeni texnologiyalar əsasında virtual turlar təşkil etmək və ya xaricdən tursitləri yenilənmiş, yüksək həyat və texnoloji standartlara cavab verən şəhər və qəsəbələrə cəlb etmək olar. Bu, faktiki olaraq dağıdılmış şəhər və qəsəbələrdə ölkəmizin hansı yüksək yaşayış səviyyəsini yaradacağını, əhalini ekoloji təmiz və innovativ xidmətlərlə təmin edəcəyini, rəqəmsallaşmanın bütün imkanlarından istifadə edəcəyini dünyaya nümayiş etdirəcək.

Ölkəmiz enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq artıq Avropa-Asiya arasında rəqəmsal mərkəzə çevrilir, iri infrastruktur layihələri icra olunur. Böyük kontent operatorlarının (“Google”, “Facebook”, “Amazon”, “Netflix”, “Apple” və s.) ölkəmizə gəlməsi, burada öz məlumat mərkəzlərini saxlaması imkanı vardır. İşğaldan azad olunmuş ərazilərdə bu böyük şirkətlər üçün azad iqtisadi zonalar yaradıla, rəqəmsal infrastruktur quruculuğu aparıla, İKT potensialının artırılması üçün data mərkəzləryerləşdirilə bilər ki, bu da həm azad olunmuş ərazilərin, həm də bütün Qarabağ regionunun inkişafı üçün yeni imkanlar açacaq.

Fəxriyyə İkramqızı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?