11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron Kredit Platforması üzərindən sahibkarların 3059 müraciəti qeydiyyata alınıb

Oktyabrın 29-dək Elektron Kredit Platforması üzərindən sahibkarların yeni biznes krediti sifarişi üçün 3059 müraciəti qeydiyyata alınıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 392 müraciət üzrə ümumi həcmi 107,3 milyon manat olan kreditlərin ayrılması barədə qərar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək.
Qeyd edək ki, sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərərçəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi, maliyyə-bank sektorunun canlanması, zərərçəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri də pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platformasıdır (“www.e-edf.gov.az”). Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondunda müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, eləcə də 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və sair kimi üstünlüklər yaradır. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların Elektron Kredit Platforması üzərindən müraciətləri davam edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?