“Azeri Light” neftinin qiyməti 42 dolları ötüb
Azərbaycan neftinin qiyməti bahalaşır.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,55 dollar artaraq 42,45 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.