13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Baza bank xidmətləri" pulsuz təqdim olunacaq

Mərkəzi Bank ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, bank xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə aşağı gəlirli əhali qrupunun bank xidmətlərindən səmərəli və effektiv istifadəsinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu tədbirlərdən biri kimi Azərbaycan Banklar Assosiasiyası ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz "Baza bank xidmətləri" təkliflər paketi artıq bank sektoruna təqdim edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, yeni paket aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və s. kimi güzəştləri ehtiva edir.

Layihənin ilkin mərhələsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulub.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?