12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uğura aparan yol – maarifləndirmə, şəffaflıq və qarşılıqlı etimad MƏQALƏ

  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi xidmətlər və fəaliyyət istiqamətləri mütərəqqi addımlara əsaslanır.

  • Vergi orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün daxili təlimlər də təşkil edilir.

  • İctimaiyyətin diqqətini vergilərin ödənişinin əhəmiyyətinə yönəltmək və bu prosesin mahiyyətini izah etmək üçün müxtəlif maarifləndirici posterlər hazırlanıb.

Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə dövlət siyasətinin əsas prioritetlərindəndir. Son illər bu sahədə mühüm və məqsədyönlü işlər görülür. Rəqəmsal mexanizmlərdən istifadənin genişləndirilməsi şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə və dövlət xidmətlərinin cəmiyyət üçün daha əlçatan olmasına rəvac verir. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) kommunikasiya işi sahəsində müasir alətlərin tətbiqində zəngin təcrübəsi ilə seçilir. Qurumun təqdim etdiyi xidmətlər və fəaliyyət istiqamətləri mütərəqqi addımlara əsaslanır.

Maarifləndirmə vacib amildir

DVX-nin fəaliyyətində maarifləndirmə xüsusi yerə malikdir. Bu işdə sosial medianın imkanlarından, cəmiyyətin informasiya tələbatını daha effektiv ödəyən alətlərdən və müasir mexanizmlərdən səmərəli istifadə olunur. Ötən il vergi orqanlarının fəaliyyəti barədə məlumatlılığın artırılması istiqamətində DVX və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün təlim təşkil olunub. “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə 30-a yaxın KİV nümayəndəsi iştirak edib. Tədbirdə büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi, əmək münasibətlərinə nəzarət sahəsində vergi inzibatçılığı, hüquqi şəxslərin qeydiyyatı üzrə islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri kimi mövzular ətrafında müzakirələr aparılıb.

Vergi orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün daxili təlimlər də təşkil edilir. Belə ki, DVX-nin Tədris Mərkəzinin tədris-mövzu planlarına "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət”, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri", “Daxili xidməti intizam və məsuliyyət məsələləri”, “Vergi orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi" kimi mövzular daxil edilir və həmin mövzular üzrə tədris aparılır. Həmçinin, ildə iki dəfə olmaqla vergi orqanı əməkdaşlarına “Korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri” və “Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları” mövzularında təlimlər keçirilir.

Modern və çevik məlumatlandırma alətləri

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində DVX tərəfindən maarifləndirici bukletlər, eləcə də maarifləndirici flayerlər hazırlanır və qurumun rəsmi internet səhifəsində yerləşdirilir (https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler). Buklet və flayerlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar barədə ətraflı izahat yer alır. Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində DVX tərəfindən qanunvericiliyə son dəyişikliklər nəzərə alınmaqla yeni maarifləndirici flayerlər də hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib. (https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler)

Şəffaflığın təmin edilməsi, habelə vətəndaşların maarifləndirilməsi məqsədilə “Korrupsiyaya “yox” deyək!” adlı buklet hazırlanaraq qurumun rəsmi internet saytında və vergi ödəyicilərinin e-qutularında yerləşdirilib. Bukletdə korrupsiya ilə əlaqədar əsas anlayışlar, korrupsiyaya qarşı mübarizəni həyata keçirən strukturlar, bu sahədə hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri, vətəndaşların məlumat vermək imkanları öz əksini tapıb (https://www.taxes.gov.az/files/2/Vergilere_aid_nesrler/4/4.9.pdf).

Geniş ictimaiyyət üçün açıqlıq bəhrə verir

Maarifləndirilmə işləri çərçivəsində vətəndaşlar arasında vergi mədəniyyətinin yüksəldilməsi, vergilərin könüllü ödənişinin təşviqi, vergi ödəməyin cəmiyyətin sosial rifahı üçün vacibliyi barədə məqamlar diqqətə çatdırılır. Qurumun fəaliyyətinə dair məlumatlar, vergi ödəyicilərinin vergi sistemi, xidmətlər, islahatlar və çağırışlar barədə daha dolğun məlumatlandırılmasını təmin etmək üçün sosial çarxlar təqdim olunur. Ötən il ərzində hazırlanmış 100-ə yaxın yeni sosial reklam çarxı, videotəlimatlar və izahedici videoçarxlar DVX-nin rəsmi elektron səhifəsində, sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. İctimaiyyətin diqqətini vergilərin ödənişinin əhəmiyyətinə yönəltmək və bu prosesin mahiyyətini izah etmək üçün DVX tərəfindən müxtəlif maarifləndirici posterlər də hazırlanır. “Vergiləri ödədiyinizə görə sizə minnətdarıq” şüarlı belə reklam lövhələrini Bakı şəhəri və regionların mərkəzi küçə və prospektlərində görmək olar. “Facebook”, “Twitter”, “Instagram”, “YouTube” kanalındakı video-hostinqlər vasitəsilə vergi sistemindəki yeniliklər barədə məlumatlandırma və təbliğat işləri həyata keçirilir. Vergi orqanları məlumatların geniş ictimaiyyət üçün açıq olması və onlardan istifadə imkanlarının əlçatanlığı ilə bağlı təşəbbüslərdə fəal iştirak edirlər. Bu məqsədlə qurumun rəsmi saytında davamlı olaraq yenilənən “İctimai açıq məlumat bazası” adlı bölüm yaradılıb və zəruri informasiya ilə təmin edilib.

Vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın təmin olunması, dövlət-biznes münasibətlərində şəffaflıq vergi orqanlarının daim diqqət mərkəzində saxlanılır. Bütün bunlar, həmçinin, biznes strukturları ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir və bu müsbət tendensiyanın davamlı olması əsas hədəflərdəndir....

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?