Elanlarla bağlı sual yaranarsa, (012) 403-87-89 nömrəsinə zəng edə bilərsiniz.

Elanlar

"Lənkəran-Ət" ASC

VÖEN: 2600192421

2022-ci il iyul ayının 25-də saat 11-00-da “Lənkəran-Ət” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Ünvan: Lənkəran şəhəri, Mirsalayev küç.,6 Yığıncağın gündəliyi: 1.Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında Təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2.Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi. 3.Qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq Cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 4. Təsviyəçiyə səlahiyyətlərin verilməsi. 5.Digər məsələlər. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.


"ASK AYAQQABI FABRİKİ" MMC

VÖEN: 2004900751

Adını və təşkilati-hüquqi formasını dəyişərək "BAKI AYAQQABI FABRİKİ" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.


"Kürdəxanı Village" MTK

VÖEN: 1803993591

VÖEN şəhadətnaməsi, Nizamnamə itdiyi üçün etibarsız sayılır.


"ABŞERON-M" MMC

VÖEN: 1004231851

Təşkilati-hüquqi formasını dəyişərək Mənzil Tikinti Kooperativinə çevrildiyini elan edir.


“İNFRACO CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1006793541

“İNFRACO CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1006793541) nizamnamə kapitalının 100 (yüz) AZN-dən 50 (əlli) AZN-dək azaldıldığını bildirir.


"İLTER TİCARƏT" MMC

VÖEN: 1307386651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhimbəy Haqverdiyev küçəsi, ev 60 ünvanına bildirə bilərlər.


"Aztikinti" ASC

VÖEN: 1100099571

" AZTİKİNTİ " ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 20 iyul 2022-ci il saat 09.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 1 ünvanında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi: 1. Səhmdar cəmiyyətin hüquqi ünvanın dəyişilməsi və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi. 2. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərin həyata keçirilməsi üçün səlahiyyətli şəxslərin təyin edilməsi. Səhmdarlar ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlar. Səhmdarların ümumi yığıncağında iştirak etdiyiniz halda şəxsiyyətinizi təsdiq edən sənədi gətirməyiniz mütləqdir.


  "İNTER PROJECT" QAPALI SƏHMDAR CƏMİYYƏTİ 

VÖEN: 1805264931

  "İNTER PROJECT" QAPALI SƏHMDAR CƏMİYYƏTİ -in (VÖEN 1805264931) Ümumi Yığıncağı 14.06.2022-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1025,BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,XOCALI,Ev 13A,Mən. 12 ünvana bildirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.


"AQROSERVİS" KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 1500166191

Möhür itdiyi üçün etibarsız sayılır.


"ROVEX TRADE" QSC

VÖEN: 1505697471

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 1965 məhəllə, mənzil bina 5 ünvanına bildirə bilərlər.