22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9.829 (1.122 hüquqi şəxs, 8.707 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 48,9 faizi regionların payına düşüb. Bununla da 1 fevral 2019-cu il tarixinə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979.330-a çatıb. Ay ərzində 1.083 kommersiya hüquqi şəxsin 63,7 faizi; 8.707 fiziki şəxsin isə 3,3 faizi qeydiyyatdan elektron qaydada keçib. 2019-cu ilin ilk ayında qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4.332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Qeydiyyatdan keçmiş NKA-ların sayı 2.293, POS-terminalların sayı isə 890 olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7 faiz və 26,8 faiz çoxdur.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?