11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib.

Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşları, iş adamlarını prosesdə fəal iştirak etməyə səsləyən çağırışlar aktuallaşıb. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər.

qtisadçı ekspert Azər Mehdiyev bildirib ki, pandemiya şəraitində dünya yeni çağırışla üzləşib: “Bundan sonra dünyada belə halların təkrarlanmayacağına ümid yoxdur. Artıq bu cür hadisələr milli təhlükəsizlik məsələsinə çevrilir. Bundan sonra dövlətlərin hazırlamalı olduqları strategiyalardan və hər zaman əl altında olmalı sənədlərdən biri virusun yayılması dönəmlərində fəaliyyətin necə təşkili məsələsi olacaq. Biznesin, xüsusilə kütləvi xidmət sahəsinə aid bizneslərin buna hazırlaşması və müəyyən edilmiş qaydalara əməl etmələri biznesin ayrılmaz hissəsi kimi meydana çıxacaq. Bununla yanaşı, sırf indiki dönəmlə qapalı biznes obyektlərində, xüsusilə bütün səviyyələrdə marketlərdə karantin tələblərinin gözlənilməsi virusun yayılma sürətinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Marketlərin əksəriyyətində hələ də bu məsələyə gözdən pərdə asmaq yanaşması hiss olunur. Bu, ciddi təhlükə mənbəyidir. Karantin tələblərinə uyğun qaydaların müəyyən edilməsi və bunlara riayət edilməsi indiki halda biznesin bütün sahələrində, xüsusilə marketlərdə həyat əhəmiyyətli məsələ kimi gündəmdə durur”.

Fəxriyyə İKRAMQIZI

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?