19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarına müraciətlər 38,4 faiz azalıb

2020-ci ilin aprel ayında vergi orqanlarına 26 min 296 müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min 378 müraciət və ya 38,4 faiz azdır.

Müraciətlərin 24 min 769-u (94,2 faiz) ərizə, 1390-ı (5,3 faiz) şikayət, 137-si (0,5 faiz) təklif olub, 7 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 74,2 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub.

Aprel ayında xidmətin aparatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 841 müraciət və ya 27,4 faiz az - 2.226 müraciət daxil olub. Daxil olan müraciətlərdən 976-sı (43,9 faiz) ərizə, 1116-sı (50,1 faiz) şikayət, 134-ü (6 faiz) təklif olub, 5 müraciətin icrası xüsusi nəzarətə götürülb. Aprel ayında nazirliyin aparatına 1.116 şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 337 şikayət və ya 29,2 faiz azdır.

Ay ərzində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 66 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?