14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mərkəzi Bank Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq edir

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib ki, bu gün dünyada mövcud olan rəqabətə tab gətirmək üçün yeni strategiyaların axtarılması, bütün formalarda innovasiyaların tətbiq edilməsi vacibdir: "Bütün bu sıçrayışlara hazır olmaq üçün ölkədə rəqəmsallaşma potensialı artırılmalıdır. Ölkəmizdə bu istiqamətdə görülən tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı göstərə bilərik. Strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi olan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkə iqtisadiyyatında şəffaflığı artıracaq, vergidən yayınma halları aradan qalxacaq, bank sektoru sağlamlaşdırılacaq".

Qeyd olunub ki, Dövlət Proqramının əsas mahiyyəti "kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasına yönəldilib. İqtisadiyyatda aparılan məqsədyönlü islahatlar, eləcə də vergi islahatları bu prosesin mühüm tərkib hissəsidir. E.Rüstəmov xüsusi vurğulayıb ki, Mərkəzi Bank nağdsız ödənişlərin artımında böyük marağı olan Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq edir: "Bizim birgə işçi qrupumuz fəaliyyət göstərir. Bu istiqamətdə nazirliyin apardığı islahatlar olduqca əhəmiyyətlidir. Biz rəqəmsal ödənişlərin daha çox artımına nail ola bilsək, vergi bazasının genişləndirilməsini, bank-maliyyə sektorunun gücləndirilməsini təmin etməyə nail olarıq".

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?