11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştləri sahibkarların öz fəaliyyətlərini qısa müddətdə bərpa etmələrinə imkan verəcək

Postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi model tətbiq ediləcək.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paket həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dətsəklənməsini nəzərdə tutur. Bu baxımdan vergi güzəştlərinin təklif olunması sahibkarlara pandemiya və xüsusən də postpandemiya dövründə güzəştlərdən istifadə edərək xərclərini minimallaşdırmaq və iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək. Güzəştlər mikro müəssisələr daxil olmaqla bütün sahibkarlıq subyektlərini əhatə edir.

"Sadələşmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması, sahibkarlar üçün mənfəət və gəlir vergisində 75 faizlik güzəşt, torpaq və əmlak vergisində müddətli güzəştlər həyata keçirilir. Güzəştlərin struktur və miqyasına diqqət yetirdikdə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların öz fəaliyyətlərini qısa müddətdə bərpa etmələrinə imkan verəcək. Məqsəd iqtisadi aktivliyin daha qısa müddətdə əldə olunmasından ibarətdir", - deyə V.Bayramov vurğulayıb.

Onun sözlərinə görə, vergi güzəştləri dövlətin dolayı yolla verdiyi maliyyə dəstəyi kimi də qiymətləndirilə bilər. Çünki bu zaman sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır və fəaliyyətinin genişlənməsinə imkan yaradır: "Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox yararlana biləcəklər. Yeni vergi güzəştlərinin tətbiq edilməsi, iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşması postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir".

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?