25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

Vergi orqanlarına müraciətlər 16 faiz azalıb

2020-ci ilin fevral ayında vergi orqanlarına 19 min 40 müraciət daxil olub. Vergilər Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.630 müraciət və ya 16 faiz azdır. Müraciətlərin 17 min 725-i (93,1 faizi ) ərizə, 1.218-i (6,4 faizi) şikayət, 97-si (0,5 faizi) təklif olub. 4 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 84,4 faizi tam, 0,1 faizi isə qismən müsbət həll olunub.

2020-ci ilin fevral ayında nazirliyin aparatına 2 min 89 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz azdır. Daxil olmuş müraciətlərdən 48,7 faizi ərizə, 46,7 faizi şikayət, 4,6 faizi təklif olub. 4 müraciətin icrası isə xüsusi nəzarətə götürülüb.

Hesabat dövründə vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub. 2020-ci ilin fevral ayında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 781 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Vergilər Nazirliyinin aparatında 131 vətəndaş qəbul edilərək müraciətinə baxılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?