25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda 970 min 340 vergi ödəyicisi qeydiyyatdadır

Azərbaycanda 970 min 340 vergi ödəyicisi qeydiyyatdadır

2019-cu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda vergi orqanlarında qeydiyyatda olan 970 min 340 vergi ödəyicisinin 125 min 244-ü hüquqi, 845 min 196-sı isə fiziki şəxslərdir.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, fəaliyyətini dayandırmış vergi ödəyiciləri barədə rəqəmlər daim dəyişdiyinə görə, dəqiq rəqəm söyləmək çətindir. Ümumilikdə isə vergi ödəyicilərinin təxminən 45 faizə qədərinin fəaliyyəti aktiv olur.

Fəaliyyətini dayandırmış hüquqi şəxslər isə xeyli az - təxminən 60/40 nisbətində dəyişir. Yəni hüquqi şəxslərə aid vergi ödəyicilərinin 60 faizi aktiv fəaliyyət göstərir. Lakin bu rəqəmlər də zaman-zaman dəyişir.

Qeyd edilib ki, fiziki şəxslərin vergi ödəyicisi kimi uçotdan çıxması və ya uçota alınması proseduru xeyli asanlaşdığı üçün onlar rahat şəkildə öz fəaliyyətlərini dayandırır və ya bərpa edirlər.

Elxan SALAHOV

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?