18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ruslan Quliyev: "Vətənə xidmət vergi mədəniyyətinin kamilləşməsindən keçir"

"Millenium" turizm şirkətinin direktoru Ruslan Quliyev "Vergi islahatları: kölgədən işıqlığa doğru" mövzusunda keçirilmiş konfransda bildirib ki, dövlətin modelyaradıcı pozitiv təsirləri qısa zamanda böyük nəticələrə gətirib çıxarıb. Kiçik və orta biznesin motivasiyası baxımından vergi sistemində mərhələli şəkildə baş verən islahatlar müsbət qiymətləndirilir. Onun sözlərinə görə, ictimai şuralarda, assosiasiyalarda təmsil olunan şirkətlər mühüm strateji sənədlərin hazırlanmasında iştirak edib: "Düşünürəm ki, vergi ödəmək mədəniyyəti sinif otaqlarında, universitet auditoriyalarında başlamalıdır. Biz gənclərə aşılamalıyıq ki, sənin vergi ödəmə qabiliyyətindən dövlətimizin müdafiə potensialı formalaşır. Nə qədər vergi ödəyirsənsə, sosial haqların da bir o qədər yüksək qorunacaq. Vətənə xidmət vergi mədəniyyətinin kamilləşməsindən keçir".

Biz gənclərə aşılamalıyıq ki, sənin vergi ödəmə qabiliyyətindən
dövlətimizin müdafiə potensialı formalaşır

Hazırda turizm sektorunda sadələşdirilmiş vergi ödəyicilərinin üstünlük təşkil etdiyini deyən R.Quliyev bildirib ki, dövriyyəsi 200 min manata qədər olan şəxslərə bu verginin dərəcəsi 2 faiz təşkil edir. Mikro sahibkarların gəlirlərinin 75 faizi vergidən azad edilib: "Vergi yoxlamalarının sayının azalmasını hiss edirik. Məmurlarla sahibkarların, vətəndaşların təması azalıb. Bizim istəyimiz də odur ki, 3 milyon deyil, 10 milyon turistin vergisini ödəyək. Gələcəkdə bu istiqamətdə təşviq mexanizmləri təkmilləşdirildikcə vergi dərəcələrinin aşağı salınmasına ehtiyac olmayacaq. Bunun üçün konsepsiyaların işlənib hazırlanmasına ehtiyac var".

Bu gün Azərbaycanın "açıq səma" elan edildyini deyən R.Quliyev viza məsələlərinin mərhələli şəkildə həll olunmasını, qısa zamanda uçuş trayektoriyalarının genişləndirilməsini təklif edib. Onun fikrincə, bunlar hotellərdə turistlərin gecələmə sayına təsir edir: "Turizmlə bağlı Azərbaycanda artıq mövsum anlayışı aradan qalxıb. Hazırda 365 günə paylanan turizmdən danışırıq. Burada əsasən aqroturizm və alternativ turizm növləri ilə bağlı müxtəlif vergi güzəştlərinə ehtiyac var".

R.Quliyev turizm sektorunda mövcud olan haqsız rəqabət hallarına da toxunub. Bildirib ki, mənşəyi məlum olmayan bəzi şirkətlər bazarda qeyri-sağlam fəaliyyətlə məşğul olurlar ki, bu da dempinq hallarının artmasına və ədalətsiz bazar münasibətlərinə gətirib çıxarır.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri