19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il büdcəyə 1 milyard manat əlavə vəsaitin toplanması uçotun dürüstləşməsi, şəffaflığın təmin olunması hesabınadır

"Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür". Bu fikirləri "Report"a açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur: "Məsələn, kənd təsərrüfatını götürsək, bu sahədən 20 ildən çoxdur ki, torpaq vergisindən başqa heç bir vergi tutulmur. Bu güzəştin məbləği də 100 milyonlarla manatla ölçülür. Büdcə bu pulu ala bilərdi, amma kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qalır. Həmçinin keçən ildən əməkhaqqı 8.000 manata qədər olan, qeyri-neft sektorunda və özəl sektorda işləyən şəxslərdən gəlir vergisi tutulmur. Bu da büdcə üçün maliyyə itkisi hesab edilə bilər, amma biz elə hesab etmirik. Bunlar hamısı ondan ötrüdür ki, uçot dürüstləşsin, şəffaflıq təmin olunsun. Yəni dürüstlük bu itkiləri kompensasiya edir. Ötən il büdcəyə 1 milyard manat əlavə vəsaitin toplanması elə bunun hesabınadır. Yəni uçot, dürüstləşmə, şəffaflaşma, dövriyyələrin və yayınanların üzə çıxarılması, vergiyə cəlb olunması bunların hamısını kompensasiya edir. Düşünürəm ki, nəticələr gələcəkdə bundan da yaxşı olacaq".

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?