19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi və gömrük güzəştləri ilə bağlı "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi" yaradılır

Maliyyə Nazirliyində "Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi" yaradılır. Həmin sistemə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi" və Dövlət Gömrük Komitəsinin "Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" inteqrasiya olunaraq müvafiq məlumatlara çıxış imkanı yaradılacaq.

Yeni sistem vasitəsilə ötürüləcək bəyannamə məlumatları güzəşt tətbiq olunan vergi və gömrük rüsumlarının hər bir növü üzrə mülkiyyət, iqtisadi fəaliyyət, neft və qeyri-neft sektoru parametrləri baxımından dövlət büdcəsinə güzəştlərin tətbiqi nəticəsində mədaxil olunmayan vəsaitlərin hesablanmasına, nəticə etibarilə faktiki büdcə itkilərinin müəyyən edilməsinə imkan yaradacaq.

Sözügedən sistem, eyni zamanda, ortamüddətli dövr üçün həmin güzəştlərin tətbiqinin dövlət büdcəsinin gəlirlərinə təsirlərinin proqnozlaşdırılmasını da təmin edəcək.

İnteqrə edilmiş "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi"nin yaradılması Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli qərarı ilə "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na uyğun olaraq həyata keçirilir. Həmin qayda "Büdcə sistemi haqqında" Qanuna edilmiş dəyişikliklər əsasında hazırlanıb.

Bu il proqram təminatının yazılması, sistemin qurulması və müvafiq dövlət qurumlarının inteqrasiyasının həyata keçirilməsi və 2021-ci ildən sistemin aktiv iş prosesinin təmin edilməsi nəzərdə tutulur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?