25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq görüşlər qarşılıqlı əməkdaşlıq və uğurlu iş üçün çox əhəmiyyətlidir

Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclası keçirilib. Müsahibimiz tədbirin qonağı, Polşa Respublikasının Maliyyə Nazirliyi yanında Vergi Administrasiyasının Beynəlxalq əlaqələr üzrə idarəsinin baş eksperti Karolina Szulcdur.

- Xanım Szulc, Polşa vergi sisteminin işində başqa ölkələr üçün nümunə ola biləcək ən səciyyəvi xüsusiyyətlər nədən ibarətdir?

- Hazırda Polşa Respublikası Avropa İttifaqının üzvüdür və son illər ərzində iqtisadi inkişafın sabit göstəricilərini nümayiş etdirən bir dövlətdir. Ölkənin rəhbərliyi iqtisadiyyat, vergi və məhkəmə sistemləri üzrə mühüm islahatlar keçirir. Buna görə də mütəxəssislər uzunmüddətli perspektivləri nəzərə almaqla Polşada işgüzar fəallığın əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırırlar. Avropa İttifaqı və Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrinin vətəndaşları Polşa vətəndaşları ilə eyni şərtlərlə sahibkarlıq fəaliyyətini apara bilərlər. Həmçinin Polşada rəsmi status, məsələn, Polşada müvəqqəti yaşayış kartı almış vətəndaşlar da bu hüquqları əldə etmiş olurlar. Bu normalar "Sahibkarlıq fəaliyyətinin azadlığı" haqqında qanunla tənzimlənir.

BEPS fəaliyyət planlarının tətbiqi zamanı Polşa Vergi Administrasiyasının qarşılaşdığı ən çətin iş məhz EMELAY adlandırdığımız çoxtərəfli vergi konvensiyasının tətbiqidir.

Hazırda Azərbaycanda həyata keçirilən islahatlar haqqında çoxlu məlumat əldə etdim.
Bu islahatlar mənim böyük marağıma səbəb oldu

- Polşa vergi orqanları ilə Azərbaycan vergi orqanları arasında əlaqələr hansı səviyyədədir?

- Ölkələrimiz arasında 1997-ci ildən imzalanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişimiz var. Bügünkü tədbir zamanı hazırda Azərbaycanda həyata keçirilən islahatlar haqqında çoxlu məlumat əldə etdim. Bu islahatlar mənim böyük marağıma səbəb oldu. Tədbirdə iştirak edən əksər ölkələr bu gün eyni islahatlardan keçirlər. Ümid edirəm ki, bu tədbir vergi islahatları barədə təcrübə mübadiləsinin aparılması üçün səmərəli şərait yaradacaqdır.

- Söhbətlərdə beynəlxalq vergitutma standartları barədə tez-tez bəhs olunur. Bu standartların əsas mahiyyəti nədir?

- Hazırda BEPS fəaliyyət planlarının icrasına başlanılır. Böyük bir strateji yol xəritəsi hazırlanır ki, biz də onun müzakirəsi üçün bu tədbirə yığılmışıq. Bu fəaliyyət planlarının özü beynəlxalq vergitutma standartlarının məcmusudur. Polşa vergi Administrasiyası da bu fəaliyyət planlarının tətbiqi ilə məşğuldur. Avropa İttifaqının üzvü olduğumuza görə isə Avropa İttifaqının direktivlərinin tətbiqinə nəzarət edirik. Bunlardan başqa, Polşa ayrıca da məlumatların açıqlanması standartını tətbiq edir.

Dünya təcrübəsində ikiqat vergitutmanın aradan qaldırılması üçün ölkələr arasında
müxtəlif vergi münasibətlərini əhatə edən beynəlxalq razılaşmalardan istifadə olunur

- Beynəlxalq vergi razılaşmalarından hansı nəticələr gözlənilir?

- Beynəlxalq vergi razılaşmalarının əsas məqsədi baş verə biləcək ikiqat vergitutmanın aradan qaldırılmasıdır. İkiqat vergitutma eyni vergitutma obyektinin həm öz ölkəsində, həm də digər ölkədə analoji vergitutma obyektinin vergiyə cəlb edilməsi deməkdir. İkiqat vergitutma əməkdaşlıq edən ölkələrdə vergitutma obyektinin müəyyən edilməsində fərqlərin yaranması zamanı baş verir.

Dünya təcrübəsində ikiqat vergitutmanın aradan qaldırılması üçün ölkələr arasında müxtəlif vergi münasibətlərini əhatə edən beynəlxalq razılaşmalardan istifadə olunur. Bu razılaşmalara bir ölkənin digər ölkəyə vergitutma sahəsində inzibati yardım göstərməsi, müxtəlif ölkələrdə yerləşən vergitutma obyektlərinə və vergi ödəyicilərinə ayrı-ayrı vergilər üzrə qaydaların tətbiqi, vergidən yayınma hallarına qarşı mübarizə və s. aiddir.

Dünya iqtisadiyyatının keyfiyyətcə yeni bir mərhələyə – qloballaşma erasına daxil olduğu bir dövrdə beynəlxalq vergi münasibətləri olduqca mürəkkəbdir. Bu onunla əlaqədardır ki, müxtəlif subyektlər – müstəqil dövlətlər, beynəlxalq təşkilatlar, müxtəlif dövlətlərə mənsub fiziki və hüquqi şəxslər beynəlxalq miqyasda fəaliyyət göstərirlər. Bu baxımdan belə görüşlər qarşılıqlı əməkdaşlıq və uğurlu iş üçün çox əhəmiyyətlidir.

Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?