25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmlakların ictimai və sosial fondlara əvəzsiz olaraq verilməsinə görə vergi öhdəliyi yaranırmı?

Əmlakların ictimai və sosial fondlara əvəzsiz olaraq verilməsinə görə vergi öhdəliyi yaranırmı?

Son illərdə ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq vəsaitlərin köçürülməsi, əmlakların verilməsi aktuallaşıb. ƏDV ödəyicisi olan fiziki və ya hüquqi şəxslər daşınar və daşınmaz əsas vəsaitlərini dövlət qurumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verdikdə ƏDV-yə cəlb edilirmi? “vergiler.az”ın sualına iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirir. 
 

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal: “X” MMC ƏDV ödəyəcisidir. O, digər ƏDV üzrə vergi ödəyicisindən 2024-cü ilin oktyabr ayında 30.000 manat (ƏDV-siz) dəyərində nəqliyyat vasitəsini alaraq Qarabağ Dirçəliş Fonduna əvəzsiz olaraq verib. “X” MMC nəqliyyat vasitəsinə görə digər vergi ödəyicisinə 30.000 manatı bank hesabına, 5.400 manat (30000 x 18%) ƏDV hissəsini isə vergi ödəyicisinin depozit hesabına ödəyib. Bu zaman “X” MMC Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən həmin nəqliyyat vasitəsini əvəzsiz verdiyi üçün ƏDV üzrə öhdəliyi yaranmayacaq. Belə ki, müəssisə ƏDV bəyannaməsinin Əlavə 3 bölməsinin əlavə dəyər vergisinə cəlb olunmayan sətirində qeydiyyatını apararaq dövlət büdcəsinə bəyan edəcək.

Bəs bu halda “X” MMC qarşı tərəfə ödədiyi ƏDV-ni oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirə biləcəkmi?

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, dövlət qrumlarına və ya ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz verilən əsas vəsaitlərə görə ödənilən ƏDV məbləği əvəzləşdirilir. Buradan aydın olur ki, “X” MMC oktyabr ayının ƏDV bəyannaməsinin 308-ci xanasında ƏDV üzrə ödədiyi 5.400 manatı rahatlıqla əvəzləşdirə biləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?