19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb YENİLƏNİB

Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, “FiberHome Telecommunication Technologies Co., Ltd”nin Baş icraçı direktoru Hai Lan iştirak ediblər.

Tədbirdə 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulub və mühüm layihələr icra edilir.

Bu gün telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan şirkətlə imzalanan sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək.

Qeyd edək ki, "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti 1999-cu ildən fəaliyyət göstərən Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.

-----

13:50

Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir bildirib ki, sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları sahələrində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?