6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?

Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?

Hüquqi şəxsin fəaliyyəti 10 ildir dayandırılıb. Təsisçisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin debitor və kreditor borcları, o cümlədən vergilər və digər məcburi ödənişlər üzrə heç bir borcu yoxdur. Qeyd olunan hüquqi şəxsin dövlət qeydiyyatından çıxarılması və VÖEN-nin ləğv edilməsi prosesi necə həyata keçirilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki , Mülki Məcəllənin 59-cu maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:

1. Onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;

2. Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

3. Lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş başqa hallarda məhkəmənin qərarı ilə;

4. Məhkəmənin yekun qərarı ilə hüquqi şəxsə ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.

Hüquqi şəxs müflisolma nəticəsində də ləğv edilir. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o, yalnız müflisolma nəticəsində ləğv edilə bilər.

Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olur.

Hüquqi şəxsin ləğv edilməsi proseduru, o cümlədən təqdim olunmalı sənədlərin siyahısı və sənədlərin təqdim edildiyi vergi orqanı barədə ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/huquqi-sexsin-legv-edilmesi-proseduru-haqqinda

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması